Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan höküməti məlumat yayıb.
Görüş zamanı Ermənistan və Rusiyanın ikitərəfli gündəliyinə dair məsələlər müzakirə olunub.
Həmsöhbətlər Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın aktual mövzularına toxunublar.
Ticarət dövriyyəsinin dinamikası və birgə layihələrin gedişatına da toxunulub. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.