AZ

“Eurovision-2026“ Vyanada keçiriləcək

Bu barədə məlumatı milli yayım şirkəti Avstriya Teleradiosu (ORF) təsdiqləyib. Müsabiqədə yarımfinallar 12 və 14 may tarixlərində, final isə 16 mayda Vyanada Ştadthalle kompleksində baş tutacaq.

Vyana şəhərinin meri Mixael Ludviq verilən qərarı məmnuniyyət və qürurla qarşıladıqlarını bildirib və beynəlxalq tədbirlərin təşkilindəki təcrübəyə söykənərək, “Eurovision-2026“ çərçivəsində ictimai məkanlarda hamının qatıla biləcəyi tədbirlərə diqqət ayrılacağını bildirib.

Xatırladaq ki, 1967 və 2015-ci ildən sonra Vyana şəhəri bu beynəlxalq musiqi tədbirinə üçüncü dəfə ev sahibliyi edəcək.

AzVision.az

Seçilən
76
2
azvision.az

4Mənbələr