Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuku İrəvanda qəbul edib.
Bu barədə Bakues.az Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadən bildirib.
Danışıqlar zamanı tərəflər Ermənistan-Rusiya gündəliyinə dair məsələləri, Aİİ çərçivəsində əməkdaşlıqla bağlı cari mövzuları müzakirə ediblər.
Paşinyan və Overçuk həmçinin ikitərəfli ticarət dövriyyəsinin dinamikası, birgə proqramların həyata keçirilməsinin gedişatı ilə bağı fikir mübadiləsi aparıblar.