Evlilik problemləri ilə tez-tez gündəm mövzusu olan Fahriye Evcen və Burak Özçivit cütlüyü indi də zorakılıq iddialarına məruz qalıb. Evdəki mübahisələrin qonşulara yayıldığı, cütlüyün tətildə belə gərgin anlar yaşadığı iddia edilir.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son zamanlar yenidən sözügedən ikilinin boşanması iddiaları gündəmdədir.
Fahriye Evcenin İnstaqram hesabının adından "Özçivit" soyadını silməsi boşanma şayiələrini daha da alovlandırıb. Sosial mediada sürətlə yayılan bu dəyişiklik onun pərəstişkarları arasında böyük marağa səbəb olub.
Cütlük əvvəlcə səssiz qalsa da, sonra Evcen silinmiş "Özçivit" soyadını yenidən profilinə əlavə edərək söz-söhbətlərə dolayı yolla cavab verib. Bununla kifayətlənməyən cütlük günlər sonra sosial media hesablarında birlikdə çəkdirdikləri fotonu paylaşıblar. Şərh olunur ki, onlar bu foto ilə pərəstişkarlarına “hər şey yaxşıdır” mesajını verirlər.