AZ

Premyer Liqadan “Barselona”ya təklif

“Vest Hem” “Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonun transferi üçün rəsmi təklif irəli sürüb.

İdmanxeber.az “The Guardian”a istinadən xəbər verir ki, London klubu həmçinin “Sauthempton”dan Mateus Fernandeşi də heyətinə qatmaq istəyir. Kasadoya “Vulverhempton” da maraq göstərir.

21 yaşlı futbolçu ötən mövsüm La Liqada 23 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Seçilən
26
idmanxeber.az

1Mənbələr