AZ

FIVB-dən kişi çıxmış “qadın” voleybolçularla bağlı MÜNASİBƏT

Beynəlxalq Voleybol Federasiyası (FIVB) gender testindən keçə bilməyən Vyetnam voleybolçuları haqqında açıqlama yayıb.

İdman.biz bildirir ki, bundan əvvəl FIVB Vyetnam komandasının İndoneziyada keçirilən U-21 qızlar arasında dünya çempionatındakı nəticələrini komandanın iki oyunçusunun kişi olması ilə əlaqədar ləğv etmişdi.

"Bəyanatda qeyd edildiyi kimi, (Vyetnam voleybolçularının işi) əlavə qiymətləndirmə üçün FIVB İntizam Komissiyasına göndərilib və bu proses davam etdiyi müddətdə bu barədə şərh verməyəcəyik.

FIVB gender hüququ məsələlərinə ciddi yanaşır və 2020-ci ildə təsdiq edilmiş qaydalarına tam etibar edir. Bu qaydalara əsasən, FIVB ilk addım kimi sənədlərdən istifadə edir, FIVB İnzibati Şurası tibbi səbəblər və ya uyğunsuzluqlar halında əlavə testləri təsdiqləmək hüququnu özündə saxlayır.

Bu qaydalar gender kateqoriyasında iştirak edən bütün idmançılar üçün mənalı rəqabəti təmin edir və həmçinin inklüzivlik prinsiplərini dəstəkləyir”, - FIVB-nin açıqlamasında vurğulanıb.

İdman.biz

Seçilən
55
1
idman.biz

2Mənbələr