AZ

Adəm Məmmədovun vəkilliyinə XİTAM VERİLDİ

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə altı vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, beş vəkilə irad tutulub. Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

Editor.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, vəkillik fəaliyyətinə xitam verilən Adəm Məmmədovdur. Keçmiş vəkil həmkarı Ceyhun Yusifova böhtan atmaqda təqsirli bilinərək altı ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qanuni qüvvəyə minib.

Azərbaycanda daha bir vəkilin fəaliyyətinə xitam verilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə avqustun 20-də Azərbaycan Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclasında bildirilib.

İclası açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq “Vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən göstərilmiş hüquqi yardım barədə” statistik hesabatın vahid formasına baxılıb və müvafiq qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə altı vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, beş vəkilə irad tutulub, eyni zamanda, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.

Seçilən
106
20
editor.az

10Mənbələr