AZ

Onlayın ticarət...

Bu gün yeni texnika və texnologiyaların mövcudluğu  ticarət sahəsində də öz sözünü deyir. Belə ki, bu, sistem həm vaxt itkisinin qarşısını alır, həm də əlavə xərclərə imkan vermir. Ona görə də, bu gün Azərbaycanda onlayın ticarətə böyük önəm verilir.

Türkîyədən və digər ölkələrdən bu üsulla alış- veriş edilməsi deyə bilərik ki, insanların böyük marağına səbəb olub. Əlbəttə, müasir dünya daha rahat və daha sivil formalardan istifadə etməklə ticarət əlaqələri qurmağa sevir. Təbii ki, belə olanda və insanlar çox asanlıqla istəklərinə nail olurlar! Heç kimə sirr deyil ki, onlayın ticarət geniş yayılanda ənənəvi ticarət ya kölkədə qalır, ya da  məhv olur.

Artıq Bakıda məşhur ticarət mərkəzi kimi, tanınan" Sədərək", " Binə",  " Xalqlar dostluğu" , eləcə də digər iri ticarət şəbəkələri " oyundankənar " vəziyyət düşürlər. Məsələn, həmin ticarət şəbəkələrində çalışan sahibkarlar deyirlər ki, onlayın ticarət çıxandan sonra bizim gəlirimiz əlli faiz azalıb və elə insanlar var, yerhaqqını ödəyə bilmir.

Ona görə ki, alış- veriş azdır və məhsullarımızı satmaqda çətinlik çəkirik. Artıq neçə - neçə iş adamı icarə haqqını verə bilmədiyinə görə, maqazanı  bağlayıb. Buna da səbəb onlayın ticarət olub!

Emil Faiqoğlu

Seçilən
34
adalet.az

1Mənbələr