AZ

Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçirilib (FOTO)

Bakı.Trend:

Dövlət Dəniz və Liman Agentliyində dənizçilər üçün təşkil olunan“Açıq qapı” günündə qurumun rəhbər heyəti iştirak edib.

Trend xəbərverir ki,bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, tədbir Agentliyin son illər ərzində həyatakeçirdiyi islahatlarla bağlı təqdimatın nümayişi ilə başlayıb.Görüş zamanı dənizçiləri maraqlandıran suallara cavab verilib vəbir sıra mövzular ətrafında müzakirələr aparılıb. Ünvanlanansuallara cavab olaraq qeyd edilib ki, “Dənizçilərin hazırlanmasına,onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci iltarixli, əlavələr edilmiş Beynəlxalq Məcəllənin (DHDNÇ) müvafiqcədvəllərinə uyğun olaraq təsdiq edilmiş proqramlar əsasında hərbidənizçilik təhsil müəssisəsini bitirmiş şəxslər üçün yaxıngələcəkdə ixtisasartırma kursları təşkil olunacaq.

Diqqətə çatdırılıb ki, sıravi heyət hazırlığı ilə bağlıqanunvericiliyin tələblərinə uyğun olaraq Agentlik tərəfindənmüvafiq işlər görülür. Qısa zaman ərzində sözügedən kurslarınkeçirilməsi ilə bağlı ictimaiyyətə açıqlama veriləcək.

Görüşdə təlim-tədris və dənizçi sənədlərinin verilməsiprosesinin təkmilləşdirilməsi istiqamətində mərhələli şəkildəişlərin görüldüyü də vurğulanıb.

Bildirilib ki, müvafiq sahəni tənzimləyən beynəlxalq hüquqiaktların tələbləri nəzərə alınmaqla dənizçilərinsertifikatlaşdırılması ilə bağlı prosedurların sadələşdirilməsiistiqamətində davamlı tədbirlərin həyata keçirilməsi, habelə milliqanunvericilikdə zəruri dəyişikliklər nəzərdə tutulur.

Qeyd edilib ki, növbəti aylarda nəzərdə tutulan “Açıq qapı”günləri ilə bağlı Agentliyin rəsmi saytında və sosial şəbəkəhesablarında məlumat veriləcək.

Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Məqalədə:
Seçilən
34
3
az.trend.az

4Mənbələr