AZ

Aynişanın bu hərəkəti narazılığa səbəb oldu - FOTO

Müğənni Aybəniz Haşımovanın qızı bloqer kimi tanınan Aynişan sosial şəbəkədə yaratdığı səhifə ilə yenidən gündəmə gəlib. 

Day.Az Sfera.Az-a istinadən xəbər verir ki, o, istifadə etdiyi kosmetik vasitələri ikinci əl kimi satışa çıxarıb. 

Bu isə izləyicilərin kəskin reaksiyasına səbəb olub. Sosial şəbəkə istifadəçiləri gigiyenik məhsulların, xüsusilə də dodaq boyası, tonal krem və digər dəriyə birbaşa təmas edən vasitələrin istifadədən sonra satılmasını sağlamlıq üçün təhlükəli hesab ediblər. 

İzləyicilərin bir qismi Aynişanın herpes problemi yaşadığını iddia edərək, bu məsələyə xüsusi diqqət çəkiblər. Qeyd edək ki, herpes virusu asanlıqla yoluxan infeksiya olub, selik qişa, dəri və bəzən qan yolu ilə digər şəxslərə keçə bilir. Bu isə dodaq boyası və oxşar kosmetik vasitələrin paylaşılmasını və ya ikinci əl satışını olduqca riskli edir. 

Xatırladaq ki, Aynişan 2023-cü ildə də geyimlərini, çantalarını və digər şəxsi əşyalarını satışa çıxarmış, həmin addımı da müzakirələrə səbəb olmuşdu. Lakin bu dəfə kosmetik vasitələrlə bağlı narazılıqlar daha geniş rezonans doğurub.

  • Aynişanın
  • Aynişanın
Seçilən
28
1
day.az

2Mənbələr