Qarğa
Dimdiyinə aldı
Apardı
Nişan üzüyümü
Uzaqlara...
Qarğa
Qara qarğa
Dimdiyi ala qarğa
Bilmədim ana qarğa
Ya bala qarğa
Apardı nişan üzüyümü.
Tək qaş üzüyümü...
Hara getdi,
Hara saldı.
Hara düşdü,
Nişan üzüyüm,
Bəxt üzüyüm?!.
İndi mənə nişan göstər
Neyləyim mən bəxti qara
Söylə, söylə, qara qarğa?
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta