AZ

“Şaxtyor”un sabiq futbolçusu “Çayka” ilə müqavilə bağladı

“Şaxtyor”un sabiq futbolçusu Rusiya vətəndaşlığı aldı və yeni kluba keçdi

Donetsk “Şaxtyor”unun sabiq yarımmüdafiəçisi Aleksandr Rasputko Rusiya vətəndaşlığı alıb və “Çayka” klubuna transfer olunub.

Editor.az xəbər verir ki, bu barədə məlumat Transfermarkt platformasında yer alıb.

21 yaşlı futbolçu 15 avqust tarixində “Çayka” ilə müqavilə imzalayıb. Saziş 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Rasputko uzunmüddətli – təxminən iki illik fasilədən sonra karyerasını bərpa edir.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında futbolçu Gənclər Liqasının “Antverpen” – “Şaxtyor” oyunundan sonra komandanın düşərgəsini tərk edərək naməlum istiqamətə yollanmışdı. Ardınca Rasputko Rusiyaya köçmüş, “Şaxtyor” isə onunla müqaviləni ləğv etmişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr