Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Məşhur “Kriminal qiraət” və “Billi öldürməli” filminin rejissoru Tarantino növbəti layihəsinin 2026-cı ilin əvvəlində səhnə əsəri olacağını açıqlayıb.
AzPost bildirir ki, Qventin Tarantino ilk pyesini Londonun West End kinoteatrında səhnəyə qoymaq istəyir. Layihəyə daha çox nəzarət etmək üçün 2026-cı ildə ailəsi ilə birlikdə İngiltərəyə köçməyi planlaşdırdığını bildirib.
62 yaşlı iki dəfə Oskar mükafatı laureatı olan rejissor “The Church of Tarantino” podkastına deyib ki, pyesin səhnəyə qoyulmasına həyatının iki ili sərf olunacaq.
O, deyib ki, pyes yazılıb, tam hazırdır. “Bu, mütləq edəcəyim növbəti işdir və biz yanvarda onun üzərində işə başlayacağıq”.
Tarantino vurğulayıb ki, premyera 2027-ci ildə ola bilər.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.