AB Gürcüstandan sülh layihəsi olmaq istəyirsə, Rusiya ilə münasibətləri korlamasını tələb etməməlidir.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Bir daha izah edirəm. Sülh layihəsi olmaq istəyirsinizsə, üç müharibədən keçmiş bir ölkədən Rusiya ilə eskalasiya tələb etməyinizə ehtiyac yoxdur. Gürcüstanın vəzifəsi AB-yə daxil olmaq yolunda özünə fiziki və mənəvi zərər vurmamaqdır. AB sülh layihəsi olması üçün ekstremizmi maliyyələşdirməməli, seçkilərə müdaxilə etməməli, böhtan atmamalı, Gürcüstanın minilliklər boyu olan dəyərlərinə qəsd etməməlidir”, - Papuaşvili bildirib.