AZ

Yuxudan duran kimi qəhvə içənlər, həkimlər bunu tövsiyə etmir

Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.

Səhər yuxudan oyanan kimi ilk iş olaraq qəhvə içmək bir çox insanın vərdişinə çevrilib.

Yenisabah.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bu, sağlamlıq üçün ciddi mənfi nəticələr yarada bilər.

Yuxudan duran kimi orqanizmdə kortizol hormonu yüksək səviyyədə olur. Bu hormon bədənin təbii şəkildə oyanmasına kömək edir. Məhz bu vaxt qəhvə içilməsi kortizolun balansını poza, uzunmüddətli dövrdə əsəb, narahatlıq, hətta yuxu problemlərinə yol aça bilər. Toyuqlu pizza

Həkimlər əlavə edirlər ki, boş mədəyə qəbul edilən qəhvə mədə turşuluğunu artırır, qastrit və reflü kimi xəstəliklərin yaranma riskini yüksəldir. Bundan başqa, səhər ac qarına içilən qəhvə gün ərzində yorğunluq və baş ağrısı kimi hallara da səbəb ola bilər.

Tövsiyə olunur ki, qəhvə yuxudan dərhal sonra deyil, yuxudan təxminən 1–2 saat keçdikdən sonra içilsin. Bu zaman həm kortizol səviyyəsi normallaşır, həm də qəhvənin verdiyi enerji bədənə daha faydalı təsir göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
yenisabah.az

2Mənbələr