AZ

Bu yerlərdə də maşından rahat düşüb-minəcəksiniz - Fotolar

Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək üçün daha iki ünvanda minib-düşmə yeri yaradılıb.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, növbəti belə yerlər Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin kəsişməsində (“Caspian Plaza”nın qarşısı), eləcə də 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində (2 saylı “ASAN Xidmət” mərkəzinin yaxınlığı) təşkil edilib. Hər iki ünvanda müvafiq lövhələr yerləşdirilib.

Minib-düşmə yerlərinin yaradılmasında məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

Seçilən
76
6
manset.az

10Mənbələr