"Zirə" Rafael Utziqin komandadan ayrıldığını açıqlayıb.
Sportinfo.az xəbr verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı hücumçu Vyetnamdan “Ho Çi Minh Siti Polis"yəillik icarəyə verilib.
Rafael Utziq 2024-cü ilin yanvar ayından qəsəbə təmsilçisinin formasını geyinir.
Daha əvvəl forvardın "Zirə"dən ayrılmaq istədiyi məlum olmuşdu
. R.Sadlqov bir müddət əvvəl verdiyi açıqlamada sözügedən futbolçunu intizamsızlığına görə əsas komandada görmək istəmədiyini demişdi.
O, Utziqi 4 həftəlik klubun əvəzedici komandasına göndərmişdi.
"Zirə" bunadək Rüstəm Əhmədzadə, Məqsəd İsayev, Pyer Zebli, Yusuf Laval, Salifu Suma ("Malmö", İsveç) və Səlim Həşimovla ("Şamaxı"ya icarə) da yolları ayırıb.