AZ

London Qırğızıstan bankına qarşı məhdudiyyətlər elan etdi

Böyük Britaniya “Capital Bank of Central Asia” MMC-yə qarşı sanksiyalar tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə krallıq hökumətinin saytında məlumat verilib.

Sanksiya siyahısına həmçinin bankın direktoru Kantemir Çalbayev də daxil edilib.

Bundan əvvəl Qırğızıstan prezidenti Sadır Japarov bəyan etmişdi ki, respublika Rusiyanın Qərb sanksiyalarını dolanmasına yardım etmir. Onun sözlərinə görə, Bişkek heç vaxt sanksiyalı malları Rusiya ərazisinə göndərməyib. O, Qırğızıstanı ittiham edən ölkələrin hakimiyyət orqanlarına müraciət edərək, əgər belə faktlar varsa, birbaşa sübut təqdim etməyi tələb edib.

Seçilən
125
8
nocomment.az

9Mənbələr