AZ

Rusiya Donetsk vilayətində bazara raket zərbələri endirib, ölənlər və yaralananlar var

Rusiya qoşunları avqustun 20-də günortadan sonra Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərində bazara raket zərbələri endirib.

APA xəbər verir ki, Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin zərbələr nəticəsində azı 3 nəfərin həlak olduğu, 4 nəfərin yaralandığını açıqlayıb.

“Ruslar şəhərə 8 "Smerç" raketi atıblar, onlar qəsdən bazarı nişan alıblar", - deyə Filaşkin bildirib.

Onun sözlərinə görə, həmçinin, 15 pərakəndə ticarət pavilyonu, səkkiz fərdi yaşayış evi, altı çoxmərtəbəli bina, bir mağaza, iki avtomobil və elektrik xətti zədələnib.

Vadim Filaşkin Donetsk vilayətində qalmağın təhlükəli olduğunu, Rusiyanın mülki vətəndaşları öldürmək və yaralamaq üçün xüsusi olaraq bu taktikanı seçdiyni bildirib.

Rusiya Rusiya Rusiya
Seçilən
61
5
apa.az

10Mənbələr