Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanılıb. Məlumatda bildirilir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində 2 (iki) nəfər Banqladeş Xalq Respublikası vətəndaşı - 1985-ci il təvəllüdlü Mon Pabon Chandra və 2001-ci il təvəllüdlü MD Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
O da qeyd olunur ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Turan