GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İrəvanda keçirilən görüşdə Rusiyadan taxılın Yuxarı Lars keçid məntəqəsi vasitəsilə çatdırılmasında göstərdiyi köməyə görə həmkarı Aleksey Overçuka təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Mher Qriqoryan Rusiyanın Baş nazirinin müavininə operativ reaksiyaya və Yuxarı Lars keçid məntəqəsi vasitəsilə Rusiyadan Ermənistana taxıl idxalına göstərdiyi köməyə görə təşəkkür edib”, – məlumatda bildirilir.
Qriqoryan və Overçuk həmçinin ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə tam əməl olunması çərçivəsində regional kommunikasiyaların blokdan çıxarılmasının vacibliyini vurğulayıblar.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.