AZ

Avqustun 21-22-də güclü külək gözlənilir – Sarı və narıncı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti avqustun 21-də və 22-də Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Doğru.az xəbər verir ki, paytaxtda, Abşeronda, eləcə də Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Qobustan, Neftçala, Cəlilabad, Mingəçevir, Yevlax, Tərtər və Bərdədə şimal-qərb küləyinin sürəti saniyədə 20,8–28,4 metrədək güclənəcək.

Naxçıvan MR, Quba, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Ağdərə, Xankəndi, Xocavənd, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Ağcabədi, Zərdab, İmişli, Ucar, Ağdaş, Kürdəmir, Göyçay, Balakən, Oğuz, Beyləqan, Şəki, Qax, Zaqatala, Şirvan, Şamaxı, Samux, İsmayıllı, Qəbələ, Ağsu, Göygöl, Lənkəran, Astara, Masallı, Biləsuvar, Lerik və Yardımlıda isə küləyin sürəti 13,9 – 20,7 metr olacaq.

Xidmətdən verilən məlumata görə, bu səbəbdən sarı və narıncı xəbərdarlıq elan olunub.

DOĞRU.AZ

Seçilən
81
31
dogru.az

10Mənbələr