AZ

Daha 256 kirayə mənzil vətəndaşlara təqdim edildi » AzadMedia.az


İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən yaşayış kompleksində 256 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 597 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 27.08.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7786 kirayə müqaviləsi bağlanılıb.


.
Seçilən
101
22
azadmedia.az

10Mənbələr