AZ

Şəhid Tural Əhlimanlının anası Nəzakət xanım şəhid ailələri təşkilatını ziyarət edib

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Şəhid Tural Əhlimanlının anası Nəzakət xanım "Xüsusi Təyinatlıların Qaziləri,Şəhid ailələri və Veteranları" İctimai Birliyinin ofisini ziyarət edib.Görüş zamanı xeyriyəçi Mirtərlan Mirişov və "İnkişafa və islahata dəstək"İB sədri Ramil Əliyevdə iştirak edib.

Ziyarət zamanı şəhid ailələrinin və qazilərin daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğu qeyd olunub. Vurğulanıb ki, Azərbaycan dövləti şəhidlərimizin müqəddəs xatirəsini uca tutur, onların ailələrinə və qazilərimizə hər zaman xüsusi önəm verir.

Təşkilat sədri Bəhruz Məmmədzadə bildirib ki, şəhid ailələrinin və qazilərin sosial müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir:

“Şəhidlərimizin ruhu qarşısında borcumuz onların ailələrinə sahib çıxmaq, qazilərimizin yanında olmaqdır. Bu, dövlətimizin və xalqımızın mənəvi vətəndaşlıq borcudur.”

Qeyd edək ki, Tural Əhlimanlı 2015-ci ildə Tovuz istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.Şəhid Tural Əhlimanlı doğulub boya başa çatdığı Beyləqan rayonu şəhidlər xiyabanında dəfn olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
2
icma.az

3Mənbələr