“Milan” Leverkuzen “Bayer”inin hücumçusu Viktor Bonifeysin transferini yekunlaşdırmağa yaxındır.
QOL.az xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Patrik Berqer məlumat yayıb.
İtaliya klubu artıq 24 yaşlı nigeriyalı futbolçu üçün rəsmi təklif göndəriblər və hazırda Almaniya təmsilçisi onu dəyərləndirir. Tərəflərin razılığa gələcəyinə əminlik ifadə olunur.
Bildirilir ki, oyunçu özü artıq “Milan”la prinsipial anlaşmaya nail olub.
Qeyd edək ki, ötən mövsüm Bonifeys 27 oyun keçirib, 11 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun "Bayer"lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.