AZ

Overçuk və Qriqoryan kommunikasiyaların bərpasını müzakirə etdilər

Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Mqer Qriqoryan və Aleksey Overçuk regional kommunikasiyaların blokdan çıxarılması məsələlərini müzakirə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Baş nazirin müavinləri, Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri geniş tərkibdə danışıqlar aparıblar.

Görüşdə ərazi bütövlüyü, suverenlik, ölkələrin yurisdiksiyası və qarşılıqlılıq prinsiplərinə tam əməl olunması çərçivəsində regional kommunikasiyaların blokdan çıxarılması məsələləri müzakirə olunub.

Həmçinin Mher Qriqoryan Rusiyadan taxılın Yuxarı Lars keçid məntəqəsi vasitəsilə çatdırılmasında göstərdiyi köməyə görə həmkarı Aleksey Overçuka təşəkkür edib.

Seçilən
39
2
qafqazinfo.az

10Mənbələr