AZ

“Qarabağ” birinci yerə qalxdı - Çempionlar Liqasında

Çempionlar Liqasında pley-off matçları davam edir.

Sportinfo.az xəbər verir ki, “Qarabağ” dünən Macarıstanda “Ferensvaroş”a 3:1 hesabı ilə qalib gəlib.

Bu, “Qarabağ”ın təsnifat mərhələsində keçirdiyi 5 oyunda beşinci qələbəsi olub. Təsnifat mərhələlərinə ümumən 48 komanda qatılıb.

UEFA-nın hazırladığı statistik göstəricilərə əsasən, Qurban Qurbanovun komandası ən çox qalibiyyət əldə edənlər sırasında 1-ci yeri tutur.

İkinci-üçüncü yerdə hərəyə 4 qələbə ilə “Malmö” (İsveç) və “Pafos” (Kipr) qərarlaşıb.

Seçilən
81
28
sportinfo.az

10Mənbələr