AZ

İki NATO ölkəsindən Rusiyaya TƏHDİD: Ukraynaya ordu göndərilir…

  Rusiya ilə həmsərhəd olan iki NATO ölkəsi Ukraynaya qoşun yeritmək planlarını açıqlayıb.

Estoniya zərurət yaranarsa,  “Könüllülər Koalisiyası” tərkibində Ukraynaya qoşun yeritməyə hazır olduğunu açıqlayıb.

Bu barədə Respublikanın baş naziri Kristen Mixal bildirib.

Qonşu Litvada müdafiə naziri vəzifəsini icra edən Dovile Şakaliene də Vilnüsün ordunu Ukraynaya göndərməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, hazırda ölkə Kiyevə hansı imkanların ayrıla biləcəyini hesablayır.

Bundan əvvəl NATO-nun digər ölkəsi Yunanıstan təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya qoşun göndərmək istəmədiyini bəyan edib. Bu barədə ölkə hökuməti məlumat yayıb.//Globalinfo.az  

Seçilən
12
1
referans.az

2Mənbələr