AZ

Putin işğal etdiyi Ukrayna torpaqlarını əlində saxlamağa çalışır, Zelenski torpaq itkisi ilə razılaşmır

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə görüşdən sonra onlar arasında dialoqun mümkünlüyünü qiymətləndirib. Amerika lideri bunu müsahibəsində deyib. "Prezident Putinlə çox uğurlu görüşüm oldu. Prezident Zelenski ilə çox uğurlu görüşüm oldu. İndi düşündüm ki, onlar mənsiz görüşsələr, daha yaxşı olar, sadəcə nə baş verdiyini görmək istəyirəm" –deyən Tramp əlavə edib ki, lazım gələrsə, o, Putin və Zelenskiyə qoşulacaq ki, tərəflər razılığa gələ bilsin. "Bilirsiniz, onların çətin, çox pis, çox pis münasibətləri var. İndi də görəcəyik ki, necə gedəcək, lazım gəlsə və yəqin ki, olacaq, sonra gələcəm və mən bunu bitirə bilərəm", - Tramp deyib.

Tramp avqustun 18-də Ağ Evdə Ukrayna prezidentini və bir sıra Avropa liderlərini qəbul etdikdən sonra Putinlə Zelenski arasında görüşün hazırlandığını açıqlayıb, həmçinin Putinlə telefon danışığı aparıb.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, görüşdə müzakirə olunacaq məsələlərlə bağlı artıq müəyyən çərçivə cızılıb.

Oqtay Qasımov

“Putinin tələbi ondan ibarətdir ki, hazırda rusların işğal etdiyi ərazilərlə birlikdə Donetsk və Luqansk vilayətlərinin işğal olunmamış hissəsi də boşaldılsın və Rusiyaya təhvil verilsin. Bunu da özlərinin keçirdiyi hansısa saxta referendumlarla əlaqələndirib. Putin bunları güzəşt almaqla və ya atəşkəslə yox, birbaşa sülh müqaviləsi imzalanması təklifini irəli sürür. Əslində bu, sülh müqaviləsi kapitulyasiya aktıdır. Zelenskinin buna gedəcəyi də açıqcası inandırıcı görünmür. Doğrudur, Zelenski eyham vurub ki, ərazi məsələləri ilə bağlı müzakirə aparmaq olar. Amma şübhəsiz ki, bunun hamısı Zelenskinin səlahiyyəti daxilində deyil. O baxımdan, müzakirə olunacaq mövzuların çərçivəsi təxminən bəllidir. Putin-Zelenski görüşündə şübhəsiz ki, atəşin dayandırılması və ərazilərlə bağlı məsələ müzakirə olunacaq. Bunlarla paralel paralel təhlükəsizlik təminatları məsələsi də gündəmə gətiriləcək. Çünki hazırda Avropa və Amerika arasında müzakirə olunan əsas məsələlərdən biri budur”-deyən politoloq bildirib ki, təhlükəsizlik təminatları ilə bağlı yaranmış qrupun işinə də koordinasiya etmək Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio həvalə olunub.

Politoloqun fikrincə, ilk görüşdən hansısa ciddi nəticələrin əldə olunacağı inandırıcı deyil, çünki tərəflərin mövqeyi diametral şəkildə fərqlidir və 180 dərəcə bir-birindən fərqlənmir: “Nəticə almaq üçün ilk növbədə nümayəndə heyətləri və diplomatlar ciddi iş aparmalıdırlar, liderlərin görüşünə həll olunmuş məsələləri gətirməlidirlər. Görüşdə kiçik nüansları liderlər həll edə bilər. İndiki mərhələdə, o dövrə qədər bütün məsələlərin razılaşdırılması çatdırıla bilməz. Qeyd olunan səbəbdən, bu görüşdən hansısa ciddi nəticələrin çıxacağı ehtimalı çox yüksək deyil”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
50
bizimyol.info

10Mənbələr