AZ

Yeddi ayda Böyük Britaniya Azərbaycandan 459 milyon tondan çox neft alıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Böyük Britaniyaya212,8 milyon ABŞ dolları dəyərində 459,7 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracolunub.

Bu barədə TrendDövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 178,1 milyon ABŞ dolları və ya 45,6%azdır, həcm ifadəsində isə 190,4 milyon ton və ya 29,3% çoxdur.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan BöyükBritaniyaya 390,9 milyon ABŞ dolları dəyərində 650,1 milyon tonbitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilmişdi.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb. Yekunda xariciticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu daillik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Məqalədə:
Seçilən
34
14
az.trend.az

10Mənbələr