"TikTok" sosial şəbəkəsində Ağ Evin rəsmi hesabı fəaliyyətə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, "@whitehouse" hesabında ilk paylaşım ABŞ Prezidenti Donald Trampın nailiyyətlərinə həsr olunmuş 27 saniyəlik video olub.
Ağ Evin Mətbuat Xidməti bildirib ki, Tramp administrasiyası prezidentin tarixi nailiyyətlərini mümkün qədər çox platformada işıqlandırmaq istəyir.