Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, mundialda bu gün daha 2 qadın güləşçimiz medal uğrunda mübarizə aparıb.
Onlardan biri 3-cü yer uğrunda qüvvəsini sınayacaq, digəri finala vəsiqə uğrunda xalçaya çıxıb.
59 kq: Günay Qurbanova bürünc medal uğrunda kanadalı Ella Findinqlə üz-üzə gəlib. 4:1 hesabı ilə qalib gələn güləşçimiz fəxri kürsüdə yer almağı bacarıb.
62 kq: Ruzanna Məmmədova qazaxıstanlı Aydana Şorayevaya tam üstünlüklə (11:0), özbəkistanlı Nigina Sabirovaya isə 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ruzanna finala gedən yolda türkiyəli Büşra Efe ilə güləşib və 10:1 hesabı ilə qalib. O, finalda çinli idmançı ilə qarşılaşacaq.
Qeyd edək ki, sərbəst güləşçilərimiz dünya çempionatını 3 bürünclə başa vurublar.