“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro İngiltərə Premyer Liqasının ilk turunda evdə “Arsenal”a 0:1 hesablı məğlubiyyətdən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bunu deyib:
“Mançester Yunayted” yalnız qələbə üçün oynamalıdır. Oyunda yaxşı anlar yaşadıq, amma nəticə yoxdur.
Məncə, komanda düzgün yolu tapıb. Son bir neçə ildə bir neçə finala çıxmışıq, lakin indiyədək qələbəmiz çatışmır”.
“Qırmızı şeytanlar” növbəti turda səfərdə “Fulhem”lə qarşılaşacaq. Qarşılaşma avqustun 24-də keçiriləcək.