AZ

Overçuk İrəvanda regionu müzakirə etdi

Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Mqer Qriqoryan və Aleksey Overçuk regional kommunikasiyaların açılması məsələlərini müzakirə ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

 

 

Məlumata görə, Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri olan baş nazir müavinləri həmçinin geniş tərkibdə danışıqlar aparıblar.

 

Danışıqlar zamanı regional kommunikasiyaların açılmasının ərazi bütövlüyü, suverenlik, ölkələrin yurisdiksiyası və qarşılıqlılıq prinsiplərinə tam əməl olunmaqla həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Seçilən
35
4
modern.az

10Mənbələr