Avqustun 21-də Ordubad rayonunun bəzi yerlərində yeni qaztənzimləyicilər quraşdırılacaq.
Referans xəbər verir ki, bununla əlaqədar Ordubad şəhərinin Üçtürləngə küçəsində, həmçinin eyni adlı rayonun Anabat, Gənzə, Aşağı Əndəmic, Yuxarı Əndəmic və Nüs-Nüs kəndlərində sabah saat 11:00-dan 12:00-dək, şəhərin C. Hüseynov küçəsində isə saat 11:00-dan 13:00-dək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta