Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.
Sumqayıt Sukanal idarəsindən Hurriyyet.az-a bildirilib ki, avqustun 20-də saat 21:00-dan etibarən, 21 avqust səhər saatlarına qədər H.Z.Tağıyev qəsəbəsi (K. Kərimov küçəsi) və St Sumqayıt yaşayış massivinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Aidiyyəti qurumlar vətəndaşlardan anlayışlı olmalarını xahiş ediblər.