AZ

Mingəçevirdə yol qəzası baş verdi

MİNGƏÇEVİR, 20 avqust. TELEQRAF

Mingəçevirdə yol qəzası baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə az öncə şəhərin mərkəzində yerləşən özəl klinikalardan birinin yaxınlığında baş verib.

Bildirilir ki, "Vaz 2106" və "Vaz 2107" markalı avtomobillərin toqquşması zamanı zərbənin təsirindən hər iki avtomobil yol kənarına düşüb.

İlkin məlumata görə, hadisə yerinə həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma başlanıb.

Seçilən
34
1
teleqraf.com

3Mənbələr