AZ

“Pedrinin oyunu yaşına görə heyrətamizdir”

“Barselona”nın hücumçusu Markus Reşford komanda yoldaşı Pedri haqqında danışıb.

90deqiqe.Az xəbər verir ki, "Barca Universal" onun dediklərini belə çatdırıb.

“Əgər onun yaşını bilməsəniz, düşünə bilərsiniz ki, 28-29 yaşı var. Çünki çox yetkin futbolçudur və oyunu mükəmməl anlayır. Pedri öz tempində oynayır, bu isə hücumçuların onunla asanlıqla anlaşmasına şərait yaradır”

22 yaşlı ispan futbolçu cari mövsümdə hələlik La Liqada yalnız bir görüşdə iştirak edib və məhsuldar fəaliyyətlə yadda qalmayıb.

Qeyd edək ki, “Barselona” avqustun 23-də La Liqanın II turunda səfərdə “Levante” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 23:30-da başlayacaq.

Seçilən
33
90deqiqe.az

1Mənbələr