AZ

Əncir yeyənlər üçün şok fakt: hər meyvədə gizli arı qalıqları

Əncir, xalq arasında “meyvə” kimi tanınsa da, əslində bir çiçəkdir. Onun ləçəkləri tərs böyüdüyü üçün adi çiçəklərdən fərqlənir.

E-saglam.az xəbər verir ki, ancaq ən maraqlısı budur ki, hər əncirin yaranmasında və yetişməsində xüsusi bir canlı – əncir arısı iştirak edir. Və bu proses nəticəsində biz yediyimiz hər əncirin içində həmin arının izlərini də qəbul edirik.

Əncir və arının təbiət sirri

Əncir arısı olmadan əncir mayalana bilmir. Dişi arı meyvənin dibindəki balaca dəlikdən içəri girir, lakin geri çıxa bilmir. Onun qanadları və antenaları qopur, özü isə meyvənin içində qalır. Əncirin tərkibindəki “ficin” fermenti arının bədənini parçalayaraq meyvənin pulpasına çevirir. Beləliklə, əncirin yetişməsi üçün arının həyatı qurban verilir.

Arı necə ölür?

Əncir yetişməyə başladıqda, dişi çiçəklər tozlanmaq üçün hazır olur və meyvə xüsusi qoxu ifraz edərək əncir arılarını cəlb edir. Arı dar dəlikdən içəri daxil olduqda bədəni zədələnir. Daha sonra o, yumurtalarını çiçəklərə qoyur və özü də həyatını burada başa vurur. Bu zaman tozcuqlar bütün çiçəklərə yayılır və əncirin toxum əmələ gətirməsi təmin olunur.

Təbiətin maraqlı qanunu

Əncir ilə əncir arısı bir-birindən ayrı yaşaya bilmir. Arı yumurtalarını yalnız əncirin içində qoya bilər, əncir isə yalnız bu arı vasitəsilə çoxala bilər. Nəticədə biz hər əncir yedikdə, əslində təbiətin bu gizli əməkdaşlığının məhsulunu dadırıq.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
9
e-saglam.az

1Mənbələr