AZ

Xoruz kimi banlayır -

Rusiya NATO əsgərlərinin Ukraynada olduğunu əhatə edən təhlükəsizlik zəmanətini qəbul etməyəcək. Metbuat.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə açıqlama verib. Medvedev Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək fikrindən əl çəkmədiyini bildirib. Buna qarşı olduqlarını ifadə edən Medvedev, Rusiyanın NATO əsgərlərinin sülhməramlı olmasına razılıq verməyəcəyini bildirib.

Medvedev Makronu “qalli xoruz”a bənzədərək, “Ancaq yazıq, alçaq səsli quş toyuqxananın kralı olduğunu sübut etmək üçün banlamağa davam edir” - deyə bildirib.

Seçilən
65
1
metbuat.az

10Mənbələr