GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç döyüş gəmisinin təxminən 4000 əsgərlə Karib dənizinə doğru irəlilədiyi barədə iddialar Latın Amerikasında gərginliyi artırıb.
Globalinfo.az xəbər verir ki, Kolumbiya Prezidenti Qustavo Petro Vaşinqtona açıq xəbərdarlıq edib.
Petro bildirib ki, ABŞ-ın Venesuelaya mümkün hərbi müdaxiləsi bütün bölgəni xaosa sürükləyə bilər:
“Amerikalılar düşünürlər ki, Venesuelanı işğal etməklə problemlərini həll edə bilərlər. Bu, böyük bir səhv olar. Belə bir addım Venesuelanı Suriyaya çevirəcək və Kolumbiyanı da öz ardınca aparacaq”, – Petro deyib.
Prezident həmçinin vurğulayıb ki, nümayəndələri vasitəsilə ABŞ lideri Donald Trampa mesaj göndərərək bu planın tarixi səhv olacağı barədə xəbərdarlıq edib.
Venesuela Prezidenti Nikolas Maduro isə ABŞ-ın mümkün müdaxiləsinə cavab olaraq əsgərlərə və milislərə səfərbərlik çağırışı edib:
“Biz dənizlərimizi, səmalarımızı və torpaqlarımızı müdafiə edirik. Heç bir imperiya Venesuelanın müqəddəs torpaqlarına toxuna bilməz”.
Maduro əlavə edib ki, ABŞ-ın onun həbsi ilə bağlı mükafat məbləğini artırmasından sonra ölkədə 4,5 milyondan çox polis qüvvəsi yerləşdiriləcək.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.