AZ

İsrail Qəzzada yeni əməliyyata başladı

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzzaya nəzarəti ələ keçirmək üçün quru əməliyyatına başlayıb və şəhərin kənarlarını ələ keçirib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb.

SAXAL sözçüsü briqada generalı Effi Defrin bildirib ki, İsrail Müdafiə Nazirliyi bu həftə əlavə 60 min ehtiyatda olan əsgəri xidmətə çağırmaq üçün çağırış vərəqələri göndərəcək.

Defrin əlavə edib ki, avqustun sonunda daha 20 min çağırış göndəriləcək.

General qeyd edib ki, ordu qəzzalıların təhlükəsiz yerlərə təxliyəsi, eləcə də humanitar və tibbi yardım ala bilməsi üçün çalışır.

Qəzza zolağı

İsrail-Fələstin münaqişəsi

Seçilən
25
5
far.az

6Mənbələr