AZ

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Belə ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
5
19
ikisahil.az

10Mənbələr