Litva Rusiyadan və Belarusdan mümkün hərbi təhlükəyə qarşı sərhədlərində yeni müdafiə xətti yaratmaq planını açıqlayıb. Bu barədə Böyük Britaniyanın Daily Mail nəşri məlumat yayıb.
Editor.az xəbər verir ki, məlumata görə, layihə çərçivəsində 48 kilometrlik ərazidə minalanmış sahələr, tank əleyhinə maneələr, həmçinin zərurət yarandıqda partladılacaq körpülər nəzərdə tutulur.
Qeyd olunur ki, bu təşəbbüs Baltikyanı ölkələrin ümumi müdafiə strategiyasının tərkib hissəsidir. Onlar artıq mövcud istehkamları gücləndirməklə sərhədləri daha etibarlı hala gətirməyə çalışırlar.
Planın icrası üçün Avropa İttifaqının maliyyə dəstəyinə ehtiyac olacağı bildirilir.
//Samir Qurbanov, Editor.az