AZ

Bir ailənin 5 üzvü zəhərləndi 

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Belə ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
61
19
manset.az

10Mənbələr