AZ

Hansı ölkələrə səyahət etmək ucuz başa gəlir?

Bəzi dünya ölkələrinə səyahət etmək ucuz başa gəlir. Bunlar arasında əsasən Cənub‑şərqi Asiya və Cənub-Şərqi Avropada yerləşən ölkələr var. Bu cür ölkələrdə gündə maksimum 50, minimum isə 20 dollar xərcləmək mümkündür.

Bu ölkələr əsasən aşağıdakılardan ibarətdir.

Vyetnamda gündəlik xərclər təxminən 20–35 dollardır, hostellər isə 10 dollara yaxın olur.

Kambocada gündəlik xərclər 20–35 dollar aralığındadır; hostellər 5 dollardan başlayır.

Tailandda gündəlik xərclər 30–40 dollar təşkil edir.

İndoneziyada Bali kənarındakı regionlar daha ucuzdur, gündəlik xərclər 25–40 dollardır.

Nepalda gündəlik xərclər 20–30 dollara başa gəlir.

Albaniya və Bolqarıstan, Avropada daha ucuz qiymətlər, gözəl təbiət və mədəniyyət, gündəlik xərclər təxminən 30–50 dollardır.

Hindistan qlobal müqayisədə ən ucuz səyahət yerlərindən biridir. Burada gündəlik xərclər 20–30 dollar, “street food”u və ictimai nəqliyyatı çox sərfəli qiymətədir.

Boliviyada gündəlik xərclər 20–35 dollardır.

Meksikada gündəlik xərclər 30–50 dollar arası təşkil edir.

MənbəBAKU.WS
Seçilən
24
6
banker.az

7Mənbələr