AZ

M8 nömrəli marşrutda problem: "25 dəqiqə gözləməli oluruq"

Metronun "Gənclik" stansiyasından Maştağa qəsəbəsi istiqamətində hərəkət edən M8 nömrəli xəttin avtobusları arasında uzun intervalların yaranması sərnişinlərin narazılığına səbəb olub.

Oxu.Az-a daxil olan müraciətdə bildirilib ki, marşrutun avtobusları arasında interval 20-25 dəqiqəyə çatır.

"Hər gün yollarda bu qədər vaxt və əsəb itirməli oluruq. Xüsusən də günün pik saatlarında. Avtobuslar arasında bu qədər intervalın olması absurddur", - deyə şikayətçi bildirib.

Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov intervalın yoldakı sıxlıqla bağlı olduğunu diqqətə çatdırıb:

"Metronun "Gənclik" stansiyasını Maştağa qəsəbəsi ilə əlaqələndirən M8 marşrut xəttində gün ərzində 16 avtobus 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Lakin günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Heydər Əliyev prospekti və Sabunçu-Zabrat şosesində müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən avtobuslararası intervallarda artım müşahidə edilir".
 

Milli.Az

Seçilən
28
2
milli.az

3Mənbələr