AZ

La Liqa klubu "Çelsi"nin futbolçusunu transfer etməyə yaxındır

İspaniya təmsilçisi "Vilyarreal" "Çelsi"nin (İngiltərə) müdafiəçisi Renatu Veyqanı transfer etməyə yaxındır.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Sarı sualtı qayıqlar" sözügedən keçid üçün London klubuna bonuslar da daxil olmaqla 29,5 milyon avro civarında ödəniş edəcək. Bu transfer La Liqa kollektivinin tarixində rekord olacaq.

Müqavilədəki bəndə əsasən, "Vilyareal" 22 yaşlı futbolçunun gələcəkdə mümkün satışından əldə edəcəyi faizi “zadəganlar”a ödəməli olacaq.

Qeyd edək ki, Renatu Veyqan "Çelsi"nin heyətində 18 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
49
1
report.az

2Mənbələr