Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, təxminən 11 nəfər yetkin yaşlı şəxs və eyni sayda yeniyetmə dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həmin şəxslərin vəziyyəti orta-ağırdır. Hadisənin təfərrüatı araşdırılır.