Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Referans Teleqraf-a istinadən xəbər verir ki, təxminən 11 nəfər yetkin yaşlı şəxs və eyni sayda yeniyetmə dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həmin şəxslərin vəziyyəti orta-ağırdır. Hadisənin təfərrüatı araşdırılır.
Qeyd edək ki, bundan öncə Tovuzda dönərdən zəhərlənmə qeydə alınıb və bir ailənin 4 üzvü xəstəxanalıq olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta